Dünya Bankının ekspertləri İraqda İŞİD ilə mübarizənin vurduğu zərəri hesablayıblar

Dünya Bankının ekspertləri İraqda İŞİD ilə mübarizənin vurduğu zərəri hesablayıblar İdarəetmə sisteminin və neft-qaz infrastrukturunun təkmilləşdirilməsi üçün əlavə xərclər zərəri 88 milyard dollara qədər artırır
Digər ölkələr
12 Fevral , 2018 13:05
Dünya Bankının ekspertləri İraqda İŞİD ilə mübarizənin vurduğu zərəri hesablayıblar

Bakı. 12 fevral. REPORT.AZ/ İŞİD terror təşkilatı ilə mübarizə zamanı İraqın infrastrukturuna vurulan zərər 45,7 milyard dollar təşkil edib.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, bu qənaətə Dünya Bankının və İraq hökumətinin ekspertləri gəliblər.

Belə ki, yaşayış binalarının dağıdılmasının vurduğu zərər 16 milyard dollar, elektrik stansiyalarının və elektrik şəbəkələrinin məhvinin vurduğu zərər 7 milyard dollar, məktəb və universitetlərin binalarının dağıdılmasının vurduğu zərər 2,4 milyard dollar qiymətləndirilir.

Ekspertlər bildirirlər ki, İraqın zərərçəkən bölgələrində idarəetmə sisteminin və neft-qaz infrastrukturunun təkmilləşdirilməsi üçün əlavə xərclər yenidənqurmanın xərclərini 88 milyard dollara qədər artırır.

Xatırladaq ki, ötən il dekabr ayının əvvəlində İraqın baş naziri Hayder əl-Abadi İŞİD üzərində qələbə qazandıqlarını elan edib.

Son xəbərlər

Orphus sistemi