Duda Moravetskini baş nazir təyin edib

Duda Moravetskini baş nazir təyin edib Polşa Prezidenti Anjey Duda 2017-ci ildən Nazirlər Kabinetinə rəhbərlik etmiş Mateuş Moravetskini baş nazir təyin edib və yeni hökuməti formalaşdırmaq hüququnu ona həvalə edib.
Digər ölkələr
13 noyabr 2023 22:50
Duda Moravetskini baş nazir təyin edib

Polşa Prezidenti Anjey Duda 2017-ci ildən Nazirlər Kabinetinə rəhbərlik etmiş Mateuş Moravetskini baş nazir təyin edib və yeni hökuməti formalaşdırmaq hüququnu ona həvalə edib.

"Report" xəbər verir ki, bu barədə Polşanın "Gazeta Wyborcza" nəşri yazıb.

Bildirilib ki, Duda nazirlər kabinetinin uğurlu formalaşdırılmasına ümid etdiyini bildirib. Polşa prezidentinin vurğuladığı kimi, Moravetski onu əmin edib ki, o, hakim koalisiya yaratmağa qadirdir.

Qəzet yazıb ki, buna görə də prezident bunu indiki baş nazirə həvalə edib.

“İnanıram ki, bizi daha çox yaxşı şeylər gözləyir”, – nəşr Dudanın sözlərindən sitat gətirib.

Son xəbərlər

Orphus sistemi