Dubayda tikilməkdə olan göydələn yanıb - VİDEO

Dubayda tikilməkdə olan göydələn yanıb - VİDEO Bina, tikintisi 2018-ci ildə başa çatmalı olan üç göydələndən ibarət kompleksə daxildir
Digər ölkələr
2 Aprel , 2017 11:42
Dubayda tikilməkdə olan göydələn yanıb - VİDEO

Bakı. 2 aprel. REPORT.AZ/ Dubayda tikilməkdə olan 60 mərtəbəli göydələndə yanğın baş verib.

"Report" "Gulf News" nəşrinə istinadən xəbər verir ki, hadisə yerində xilasedicilər işləyir, yaxınlıqdan keçən yollar bağlanıb.

Zərərçəkənlərin olması barədə məlumat yoxdur.

Bina, tikintisi 2018-ci ildə başa çatmalı olan üç göydələndən ibarət kompleksə daxildir.

Son xəbərlər

Orphus sistemi