Yuxarı
    Bağlamaq

    ​Dubayda bir neçə gəmi yanıb

    Hadisə əmirliyin əl-Maktum körpüsü yaxınlığında baş verib

    Bakı. 13 iyul. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliyinin Dubay-Krik dəniz hissəsində bir neçə gəmi yanıb.

    "Report" xəbər verir ki, bu haqda "İnterfax" məlumat yayıb.

    Xəbərə görə, hadisə Dubayda əl-Maktum körpüsünün yaxınlığında baş verib. Əvvəlcə bir gəmi yanıb. Sonra yanğın başqa gəmilərə keçib.

    Ölən və xəsarət alanlar barədə məlumat yayılmayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi