Dubay turist qəbul etməyə hazırlaşır

Dubay turist qəbul etməyə hazırlaşır Dubay iyulun 7-dən etibarən xarici turistləri qəbul etməyə başlayacaq.
Digər ölkələr
21 İyun , 2020 21:49
Dubay turist qəbul etməyə hazırlaşır

Dubay iyulun 7-dən etibarən xarici turistləri qəbul etməyə başlayacaq.

"Report" xəbər verir ki, bu barədə əmirlik hökumətinin mətbuat xidməti öz "Twitter" səhifəsində məlumat verib.

Dubayı görmək istəyən əcnəbilər mütləq koronavirus testinin mənfi nəticəsi barədə sənədləri təqdim etməli və ya Dubayın hava limanlarında COVID-19 testi verməlidir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi