Dubay polisi koronavirus xəstələrini tanıyan “ağıllı” dəbilqə geyinir

Dubay polisi koronavirus xəstələrini tanıyan “ağıllı” dəbilqə geyinir Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) polisi COVID-19 xəstələrini müəyyənləşdirə bilən ağıllı infraqırmızı kameralardan istifadə etməyə başlayıb.
Digər ölkələr
25 Aprel , 2020 04:40
Dubay polisi koronavirus xəstələrini tanıyan “ağıllı” dəbilqə geyinir

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) polisi COVID-19 xəstələrini müəyyənləşdirə bilən "ağıllı" infraqırmızı kameralardan istifadə etməyə başlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə əmirliyin “Khaleej Times” qəzeti bildirib.

Dəbilqələr bir dəqiqə ərzində 200 insanda temperaturu skan edə bilər. Əgər müşahidə sahəsinə yüksək temperaturlu kimsə düşsə, dəbilqə siqnal verir.

Dubayda bütün polis bölmələri belə dəbilqələrlə təchiz edilib. Həmçinin əməkdaşları metro stansiyalarında və avtobus dayanacaqlarındakı yoxlamalarda iştirak edən patrul xidməti əməkdaşlarına da belə dəbilqələr paylanılıb.

Belə dəbilqələrlə təchiz edilmiş polisin işini əks etdirən videogörüntünü Dubay polisi rəisinin müavini Daxi Halfan özünün “Instagram”dakı səhifəsində yerləşdirib. Videoda avtobus dayanacağı yaxınlığında dayanan polisin insanların skan edilməsi əks olunur.

BƏƏ koronavirus xəstələrinin sayına görə, Fars körfəzinin altı ölkəsi arasında ikinci yerdədir. Cümə günü Səhiyyə Nazirliyinin “Twitter”də yerləşdirdiyi informasiyaya görə, son gün ərzində ölkədə xəstəliyə 525 yeni yoluxma aşkar edilib. Bununla da pandemiyanın başlanğıcından ölkədə COVID-19-a yoluxanların ümumi sayı 9,2 mini ötüb, 64 nəfər ölüb. 

Son xəbərlər

Orphus sistemi