Dubay hava limanında yanan təyyarənin 10 sərnişini xəstəxanaya yerləşdirilib

Dubay hava limanında yanan təyyarənin 10 sərnişini xəstəxanaya yerləşdirilib Zərərçəkənlər xəsarət alıb və ya tüstüdən zəhərləniblər
Digər ölkələr
3 Avqust , 2016 17:40
Dubay hava limanında yanan təyyarənin 10 sərnişini xəstəxanaya yerləşdirilib

Bakı. 3 avqust. REPORT.AZ/ Dubay hava limanına endikdən sonra tibb işçiləri yanan "Emirates" aviaşirkətinə məxsus təyyarənin 10 sərnişinini xəstəxanaya çatdırıblar.

"Report" "Gulf News"a istinadən xəbər verir ki, zərərçəkənlər xəsarət alıb və ya tüstüdən zəhərləniblər.

"İnsanlar tüstüdə nəfəs alırdılar. Təyyarəni ilk tərk edənlər bundan qaça bilsə də, amma gec çıxanlar tüstü udurdular", - deyə xanım sərnişinlərdən birinin həyat yoldaşı bildirib.

Başqa bir sərnişinin qohumunun sözlərinə görə, zəhərlənənlər arasında uşaqlar da ola bilər.

Son xəbərlər

Orphus sistemi