ÜST: Avropada koronavirusa yoluxma kəskin azalıb

ÜST: Avropada koronavirusa yoluxma kəskin azalıb Avropada COVID-19 virusuna həftəlik yoluxma sayı aprel ayının ortalarında 1,7 milyon nəfər idisə, ötən həftə 685 min olub
Digər ölkələr
20 May , 2021 14:39
ÜST: Avropada koronavirusa yoluxma kəskin azalıb

Avropada COVID-19 virusuna həftəlik yoluxma sayı aprel ayının ortalarında 1,7 milyon nəfər idisə, ötən həftə 685 min olub.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Kluge brifinqdə bildirib.

Onun sözlərinə görə, beləliklə cəmi bir ay ərzində yoluxmalarda 60 faizlik azalmaya nail olunub.

Təşkilat rəsmisi bununla belə ötən həftə Avropanın 8 ölkəsində hər 100 min əhaliyə 150 yoluxmanın qeydə alındığını diqqətə çatdırıb.

H.Kluge pandemiyanın hələ başa çatmadığını, qarşıdakı aylarda məhdudiyyətlər ləğv olunar və gediş-gəliş artırılarsa, yoluxma sayında yüksəlişin ola biləcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi