Yuxarı

Drezdendə məscid və konfrans mərkəzinin yaxınlığında iki partlayış olub

Şəhərdəki məscidin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Dünən gecə saatlarında Almaniyanın Drezden şəhərində məscid və konfrans mərkəzinin yaxınlığında iki partlayış olub.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hələlik baş verən olayla əlaqədar məsuliyyəti üzərinə heç kim götürməyib. Amma polis cinayətin motivinin ksenofobiya ola biləcəyini ehtimal edir.

Partlayış zamanı məscidin imamı həyat yoldaşı və iki oğlu ilə birlikdə Tanrı evinin içərisində olsa da, xoşbəxtlikdən xəsarət almayıblar. Partlayış qapının qıfılını sıradan çıxarıb.

İkinci partlayış isə birincidən az sonra hotel və Beynəlxalq Konfrans Mərkəzi arasında yerləşən terrasda baş verib. Polis insanları hotelin barından təxliyə etməli olub.

Hazırda şəhərdəki məscidin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi