Dövlət xəyanətində ittiham edilən rusiyalı alim həbs olunub

Dövlət xəyanətində ittiham edilən rusiyalı alim həbs olunub Dövlət sirrini yaymaq barədə maddə 4 ildən 7 ilədək həbs cəzasını nəzərdə tutur
Digər ölkələr
22 Aprel , 2015 21:35
Dövlət xəyanətində ittiham edilən rusiyalı alim həbs olunub

Bakı. 22 aprel. REPORT.AZ/ Nijniy Novqorod vilayətinin məhkəməsi Rusiya Federal Nüvə Mərkəzinin sabiq elmi əməkdaşı Vladimir Qolubevin həbsinə icazə verib. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, məhkəmə hökmünə səbəb kimi müttəhimin "namünasib davranışı" və ölkədən çıxmamaq barədə iltizamın pozulması göstərilib, alimin vəkili bildirir.

Vladimir Qolubev partlayıcı maddələr üzrə mütəxəssisdir. O, 2013-cü ildə Çexiyada keçən konfrans üçün elmi hesabat hazırladıqdan sonra dövlət sirrinin yayılmasında ittiham olunub.

Alim ittihamları rədd edir. Onun sözlərinə görə, hesabatın təqdim edilməsindən əvvəl elmi işin əsas müddəaları artıq dərc olunmuşdu. Buna rəğmən alim 2013-cü ildə vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Dövlət sirrini yaymaq barədə maddə 4 ildən 7 ilədək həbs cəzasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi