Yuxarı
    Bağlamaq

    Dövlət katibi: "ABŞ vahid, güclü və dinc Avropa tərəfdarıdır"

    ABŞ başqa ölkələrin böhranın öhdəsindən gəlməsi, sülh və sabitliyin bərqərar olması üçün çox şey edir

    Vaşinqton. 3 noyabr. REPORT.AZ/ "ABŞ vahid, güclü və dinc Avropa tərəfdarıdır".

    "Report"un Vaşinqtona ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri jurnalistlərin Rusiyanın Avropa ölkələrinə təsiri haqqında verdiyi sualı şərh edərkən deyib.

    Dövlət katibi vurğulayıb ki, ABŞ həm Avropada, həm də dünyanın digər regionlarında təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün çalışır. C.Kerri bu baxımdan İŞİD-ə qarşı kampaniyadakı iştirakını, ABŞ-ın Qərbi Afrikadakı problemə reaksiyasını, Kuba ilə əlaqələrin yaxşılaşdırılmasını qeyd edib.

    "Bütün dünya üzrə belədir. Bəs, Rusiya nə edir? Onlar insan hüquqları üçün nə edir? Və ya beynəlxalq hüquq normalarını pozaraq Ukraynaya nə ediblər?! ABŞ isə başqa ölkələrin böhranın öhdəsindən gəlməsi, sülh və sabitliyin bərqərar olması üçün çox şey edir", - deyə C.Kerri bildirib.

    ABŞ-ın Yaxın Şərqdəki münaqişələrlə bağlı strateqiyasını şərh edən dövlət katibi əsas məqsədin danışıqlar üçün tərəfləri bir araya toplamaq olduğunu vurğulayıb. O, ABŞ-ın bu regionda sülhün hökm sürməsində, terror hücumlarının olmamasında maraqlı olduğunu söyləyib: "Liderlərin danışıqlar masasına əyləşib atacaqları addımları müzakirə etmələri zəruridir. Biz bu məsələnin üzərində çalışırıq və səylərimizi səngitməyəcəyik. Bu cür işləri Liviya, Yəmən, İraq, Suriya, Əfqanıstan, Ukraynada həyata keçiririk".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi