Dövlət katibi: ABŞ Çin ilə "soyuq müharibə" arzulamır

Dövlət katibi: ABŞ Çin ilə "soyuq müharibə" arzulamır Bakı. 10 noyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, ölkəsi Çin ilə soyuq müharibə arzulamır.
Digər ölkələr
10 Noyabr , 2018 03:42
Dövlət katibi: ABŞ Çin ilə soyuq müharibə arzulamır

Bakı. 10 noyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, ölkəsi Çin ilə "soyuq müharibə" arzulamır.

“Report” xəbər verir ki, o bunu Çin tərəfi ilə "2+2" formatında keçirilən görüşün yekununda deyib.

"Biz Çinin məsuliyyətli və dürüst fəaliyyət göstərdiyinə əmin olmaq istəyirik", — deyə o bildirib.

Pompeo həmçinin qeyd edib ki, danışıqlar yaxşı keçib və Çin və ABŞ liderləri arasında qarşıda nəzərdə tutulan görüşün layiqli səmərə verəcəyinə ümid etdiyini bildirib.

Bundan əvvəl ABŞ Çinə İran nefti ilə bağlı güzəşt tətbiq edib.

Son xəbərlər

Orphus sistemi