​Dövlət Departamentinin təmsilçisi terrorçu PKK- yönlü silahlıların həmsədri ilə də görüşüb

​Dövlət Departamentinin təmsilçisi terrorçu PKK- yönlü silahlıların həmsədri ilə də görüşüb Brett Makqurk onları İraqın Ərbil şəhərində qəbul edib
Digər ölkələr
17 Sentyabr , 2015 02:26
​Dövlət Departamentinin təmsilçisi terrorçu PKK- yönlü silahlıların həmsədri ilə də görüşüb

Bakı. 16 sentyabr. REPORT.AZ/ ABŞ dövlət katibi müşavirinin müavini Brett Makqurk Ərbildə Şimali İraq kürd hökumətinin başçısı Məsut Bərazani və Suriyadakı terrorçu PKK-a yönlü PYD-nin (Demokratik Birlik Partiyası) həmsədri Salih Müslimlə görüşüb.

"Report" xəbər verir ki, bu haqda "Al-Jazeera" məlumat yayıb.

Məlumata görə, görüş iştirakçıları silahlı kürdlərin(peşmərgə) PYD ilə birlikdə Suriyada İŞİD-ə qarşı birgə mübarizə aparmasını, bölgədəki vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, bir müddət öncə Böyük Britaniyanın "Daily Telegraph" qəzeti ABŞ rəsmiləri ilə PKK terror təşkilatının təmsilçiləri arasında gizli görüşlərin keçirildiyi haqda xəbərlər yayılmışdı.

Bu, qəzetin terrorçu təşkilatın liderlərindən Cəmil Bayıkla müsahibəsindən sonra məlum olub.

O, qəzetə bildirmişdi ki, onlar ABŞ-la qarşılıqlı mesajlaşır, toplantılar keçirir, məktublaşırlar: "Bu əlaqələrin inkişaf etməsi də mümkündür. ABŞ-ın Türkiyə ilə aramızda vasitəçilik etməsi də vacibdir. Bizə bununla bağlı təminat verilərsə, o zaman üzərimizə düşən missiyanı yerinə yetirərik. Ancaq təminat verilməzsə, birtərəfli addım da atmayacağıq. Əgər ABŞ Türkiyənin siyasətini dəstəkləyərsə, kürdləri itirəcək. ABŞ kürdləri itirərsə, onda "İŞİD"in məğlubiyyəti çətinləşəcək".

Düzdür, bundan sonra ABŞ PKK-nı terrorçu kimi tanıdığnı və bu sayaq qruplaşma ilə heç bir əlaqəsi olmadığını bəyan etmişdi.

Qeyd edək ki, "İncirlik"də NATO-nun hərbi bazası yerləşir. ABŞ həmin bazadan istifadə edərək, "İŞİD"in Suriyadakı mövqelərini vurması haqda Türkiyə ilə razılaşıb. Bəziləri "İŞİD"lə yanaşı, PKK terror təşkilatının Suriyadakı qolu sayılan PYD-nin (Demokratik Birlik Partiyası) də mövqelərinin vurulacağından narahatdırlar.

Son xəbərlər

Orphus sistemi