Dövlət Departamenti Qaşıqçı işinə görə Ər-Riyadı təhdid edib

Dövlət Departamenti Qaşıqçı işinə görə Ər-Riyadı təhdid edib ABŞ Səudiyyə Ərəbistanının müxalifətçi jurnalisti Camal Qaşıqçının qətli ilə bağlı işə görə Ər-Riyada qarşı yeni tədbirlər görməyi nəzərdən keçirir.
Digər ölkələr
20 İyun , 2019 08:20
Dövlət Departamenti Qaşıqçı işinə görə Ər-Riyadı təhdid edib

ABŞ Səudiyyə Ərəbistanının müxalifətçi jurnalisti Camal Qaşıqçının qətli ilə bağlı işə görə Ər-Riyada qarşı yeni tədbirlər görməyi nəzərdən keçirir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

“Səudiyyə hakimiyyəti bütün faktları araşdırmalı və hadisənin bütün iştirakçılarını məsuliyyətə cəlb etməlidir", - məlumatda bildirilir.

İdarədən həmçinin əlavə ediblər ki, Dövlət Departamenti BMT-nin jurnalistin işi üzrə yeni hesabatını araşdırır.

Dövlət Departamentindən qeyd ediblər ki, Qaşıqçı işi üzrə yeni faktlar Ər-Riyada qarşı tədbirlərin genişləndirilməsinə gətirib çıxara bilər.

Son xəbərlər

Orphus sistemi