ABŞ Dövlət Departamenti Litvaya 495 milyon dollar dəyərində “M142 HIMARS” reaktiv yaylım atəş sistemini və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Agentlik hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir.
Qeyd olunub ki, silahın satışı Şərqi Avropada siyasi sabitlik, iqtisadi tərəqqi üçün mühüm qüvvə olan NATO müttəfiqinin müdafiə qabiliyyətini gücləndirməyə kömək etməklə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq.
ABŞ administrasiyası qərarını Konqresə rəsmən çatdırıb. İndi qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və bəlkə də onu bloklamaq üçün 30 günü var.