Yuxarı

Dövlət Departamenti Əfqanıstana 60 milyon dollar dəyərində silah satışına razılıq verib

Pentaqon bütün lazımi sənədləri təqdim etməklə ABŞ Konqresini avqustun 17-də məlumatlandırıb

Bakı. 19 avqust. REPORT.AZ/ ABŞ Dövlət Departamenti terrorla mübarizə çərçivəsində Əfqanıstan Silahlı Qüvvələrinə dəstək məqsədilə böyük miqdarda silah və hərbi texnikanın satışına razılıq verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın "Khaama Press" qəzeti məlumat verib.

Nəşr ABŞ-ın Pentaqonun strukturuna daxil olan Müdafiə Əməkdaşlığı və Təhlükəsizlik Agentliyinin (Defense Security Cooperation Agency, DSCA) bəyanatına əsəslanaraq DSCA-nın bütün lazımi sənədləri təqdim etməklə ABŞ Konqresini avqustun 17-də məlumatlandırdığını yazıb.

DSCA-dan verilən məlumata görə, Əfqanıstan tərəfi təqribən 5 min "M16A4" tüfəngi, 485 ədəd "M240B" pulemyotu və 800 ədəd "M2" irikalibrli pulemyotu almaq niyyətindədir. 

Bundan əlavə, "M249" yüngül pulemyotunun, "M110" snayper tüfənginin, "MK-19" tipli qumbaraatanların, pulemyotlar üçün dayaqların, əvəzləyici lülələrin, silahların ehtiyat hissələrinin, texniki sənədlərin təchizatı da nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi