Yuxarı
    Bağlamaq

    Dövlət Departamenti: ABŞ Silahlı Qüvvələri bəşər tarixinin ən güclü ordusudur

    İdarədən Pentaqon rəhbərliyinin yüksək səviyyədə olduğu da qeyd olunub

    Bakı. 23 dekabr. REPORT.AZ/ ABŞ-ın Dövlət Departamenti ölkənin Silahlı Qüvvələrinin bəşər tarixinin ən güclü ordusu olduğunu güman edir.

    "Report" xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Con Kirbi jurnalistlər üçün keçirilən brifinq zamanı bildirib.

    "Mən hesab edirəm ki, bəşər tarixi ərzində Birləşmiş Ştatların hazırkı ordusu qədər mübariz, inkişaf etmiş, ehtiyatlarla təmin edilmiş və güclü silahlı qüvvələr olmayıb", - deyə o, Rusiya prezidenti Vladimir Putinin sözlərini şərh edərkən bildirib.

    Putin bundan əvvəl Rusiyanı istənilən potensial təcavüzkardan güclü olduğunu bildirmişdi.

    Kirbi, həmçinin Pentaqon rəhbərliyinin yüksək səviyyədə olduğunu qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi