Dövlət Departamenti: ABŞ-ın Suriya müxalifəti ilə terrorçuları bir-birindən ayırmağa vaxtı çatmadı

Dövlət Departamenti: ABŞ-ın Suriya müxalifəti ilə terrorçuları bir-birindən ayırmağa vaxtı çatmadı "Bizim sazişi tam olaraq yerinə yetirmək üçün vaxtımız çatmadı"
Digər ölkələr
1 Oktyabr , 2016 07:51
Dövlət Departamenti: ABŞ-ın Suriya müxalifəti ilə terrorçuları bir-birindən ayırmağa vaxtı çatmadı

Bakı. 1 oktyabr. REPORT.AZ/ "Birləşmiş Ştatlar mötədil Suriya müxalifətini terrorçu qruplaşmaların döyüşçülərindən ayırmağa macal tapmadı".

"Report" xəbər verir ki, bunu cümə günü jurnalistlər üçün keçirilən brifinq zamanı Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Töner deyib.

Diplomat bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BBC telekanalına müsahibəsində dövlət katibi Con Kerri ilə görüşlərində hər dəfə terrorçularla müxalif qüvvələrin bir-birindən ayırd edilməsi mövzusunun qaldırıldığını, lakin ABŞ-ın bunu hələ də etmədiyini və ya etmək istəmədiyini bildirməsini şərh edərkən söyləyib.

Töner Lavrovla razı olmadığını bildirib:

"Bu belə deyil. Çünki bizim kifayət qədər vaxtımız olmadı. Bizim sazişi tam olaraq yerinə yetirmək üçün vaxtımız çatmadı".

Son xəbərlər

Orphus sistemi