​Dövlət Departamenti: ABŞ Əsədə dəstəyə cavab olaraq Rusiyanın təcridini davam etdirəcək

​Dövlət Departamenti: ABŞ Əsədə dəstəyə cavab olaraq Rusiyanın təcridini davam etdirəcək "Bizim bunun üçün müxtəlif alətlərimiz var"
Digər ölkələr
16 Sentyabr , 2015 08:01
​Dövlət Departamenti: ABŞ Əsədə dəstəyə cavab olaraq Rusiyanın təcridini davam etdirəcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ ABŞ-ın Suriya prezidenti Bəşər Əsədə dəstək göstərəcəyi halda Rusiyanın gələcək təcridi üçün müxtəlif alətləri var.

"Report" xəbər verir ki, bunu çərşənbə axşamı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

Jurnalistlər ondan Ağ ev rəsmisi Coş Ernestin ötən gün səsləndirdiyi "Rusiya gələcək təcridlə üzləşə bilər" fikirlərinə aydınlıq gətirməyi və söhbətin yeni sanksiyalardanmı getdiyini sual ediblər. Ernest bəyanatında Rusiyanın koalisiyaya qoşulmadan Suriyada təklikdə hərəkət etmək qərarının Əsədə dəstək kimi qiymətləndirilə biləcəyini və növbəti təcridə gətirib çıxaracağını bildirib.

"Bizim bunun üçün müxtəlif alətlərimiz var", - deyə Kirbi bildirib, lakin gələcək sanksiyalarla bağlı məlumat verməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi