Yaxın vaxtlarda Kim Çen Inla Donald Trampın görüşü olacaq

Yaxın vaxtlarda Kim Çen Inla Donald Trampın görüşü olacaq Bakı. 10 yanvar. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası və ABŞ liderlərinin görüşü yaxın vaxtlarda olacaq.
Digər ölkələr
10 Yanvar , 2019 07:20
Yaxın vaxtlarda Kim Çen Inla Donald Trampın görüşü olacaq

Bakı. 10 yanvar. REPORT.AZ/ Koreya Xalq Demokratik RespublikasıABŞ liderlərinin görüşü yaxın vaxtlarda olacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının prezidenti Mun Çje İn xalqa birbaşa yayımlanan müraciətində bildirib.

"ABŞ və Şimali Koreyanın başçılarının ikinci sammiti artıq tezliklə keçiriləcək və Koreya yarımadasında sülhü gücləndirməyə kömək edəcək", – deyə Cənubi Koreya lideri vurğulayıb.

Onun sözlərinə görə, sammitə hazırlıq prosesində həmçinin Kim Çen Inın Çinə yaxın günlərdəki səfəri müzakirə edilir. 

ABŞ və KXDR lideri Donald TrampKim Çen In arasında təkbətək və geniştərkibli formatda görüş Sinqapurda keçirilib. Danışıqlar ümumilikdə bir saat yarım davam edib.

Son xəbərlər

Orphus sistemi