Almaniyanın Dortmund şəhəri tarixində ən böyük təxliyələrdən biri keçirilib

Almaniyanın Dortmund şəhəri tarixində ən böyük təxliyələrdən biri keçirilib Almaniyanın Dortmund şəhərində İkinci Dünya Müharibəsindən qalan təyyarə bombası ilə bağlı əhalinin ən böyük təxliyəsi keçirilib.
Digər ölkələr
13 Yanvar , 2020 05:43
Almaniyanın Dortmund şəhəri tarixində ən böyük təxliyələrdən biri keçirilib

Almaniyanın Dortmund şəhərində İkinci Dünya Müharibəsindən qalan təyyarə bombası ilə bağlı əhalinin ən böyük təxliyəsi keçirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin “Twitter”dəki rəsmi səhifəsində bildirilib.

"Dortmundda şəhər tarixində ən böyük təxliyələrdən biri keçirilir", - xəbərdə deyilir. Qeyd edilir ki, təxminən 14 min sakin evlərini tərk edib. Təxliyə zamanı şəhərlə dəmir yolu arasında əlaqə tam dayandırılıb.

İkinci Dünya müharibəsinin sonunda nasist Almaniyasına müxtəlif kalibrli 2 milyondan çox bomba atılıb. Bombaların 20%-dən çoxu partlamayıb. 

Son xəbərlər

Orphus sistemi