​Donetskdə artilleriya atəşi nəticəsində 5 dinc sakin həlak olub

​Donetskdə artilleriya atəşi nəticəsində 5 dinc sakin həlak olub Şəhərdə artilleriya atəşi davam edir
Digər ölkələr
18 Yanvar , 2015 20:18
​Donetskdə artilleriya atəşi nəticəsində 5 dinc sakin həlak olub

Bakı. 18 yanvar. REPORT.AZ/ Ukraynanın Donetsk şəhərində separatçılarla hökumət qüvvələri arasında gedən döyüşlər zamanı 5 dinc sakin həlak olub.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, şəhərdə artilleriya atəşi davam edir.

Həmçinin, şəhərin müxtəlif rayonlarına ən azı 15 mərminin düşdüyü bildirilir.

Qeyd edək ki, bundan əvvəl gecə atışmaları zamanı iki dinc sakinin yaralandığı məlumat verilmişdi.

Son xəbərlər

Orphus sistemi