Yuxarı

Ukraynada mədən yanır: 600 işçi təxliyə edilib

Hazırda yanğının söndürülməsi işləri gedir

Bakı. 24 sentyabr. REPORT.AZ/ Sentyabrın 24-nə keçən gecə Ukraynanın Donetsk vilayətinin Udaçnoe kəndində "Pokrovsk mədən idarəsi" ASC-yə məxsus mədəndə yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə Donetsk vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Hadisə baş verən zaman mədəndə 593 işçi olub. Bütün mədənçilər yerin üzərinə çıxarılıb.

Qəzalı mədəndə istehsalat müvəqqəti olaraq dayandırılıb, yanğın davam edir. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi