Yuxarı
    Bağlamaq

    Donbasda altı Ukrayna hərbçisi yaralanıb

    Bu, iki qaynar nöqtədə atışma nəticəsində baş verib

    Bakı. 8 yanvar. REPORT.AZ/ Ötən sutka ərzində anti-terror əməliyyatlarının aparıldığı zonada 6 Ukrayna hərbçisi yaralanıb.

    "Report" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Motuzyanik məlumat verib.

    "Bu, iki qaynar nöqtədə baş verib, o cümlədən üç hərbçi Luqansk istiqamətində, Troitski qəsəbəsi yaxınlığında düşmənin minaatanlardan atəş açması, daha üç hərbçi isə Krımski yaşayış məntəqəsi ərazisində qarşı tərəfin təxribatı nəticəsində yaralanıb", - deyə o bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi