Donald Trampın teleqram kanalı tapıldı

Donald Trampın teleqram kanalı tapıldı Teleqram messencerində ABŞ-ın hazırkı prezidenti Donald Trampa məxsus olduğu bildirilən kanal yaradılıb.
Digər ölkələr
852
10 Yanvar , 2021 08:28
Donald Trampın teleqram kanalı tapıldı
Donald Tramp

Teleqram messencerində ABŞ-ın hazırkı prezidenti Donald Trampa məxsus olduğu bildirilən kanal yaradılıb.

“Report” xəbər verir ki, teleqram kanal Trampın bugünlərdə tvitterdə bloklanmış hesabı "ABŞ-ın 45-ci prezidenti" adını daşıyır. Artıq yeni kanala 272 min insan abunə olub. Bununla belə, Tramp kanalın ona aid olduğunu hələ təsdiqləməyib.

Daha əvvəl tvitter sosial şəbəkəsi "zorakılığa sonrakı təhrikçilik riskinə" görə ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabına girişi bağlayıb.

Tvitterlə yanaşı, digər sosial şəbəkələr prezidentin rəsmi hesablarını bloklayıb. Feysbuk rəhbəri Mark Sukerberq bildirib ki, ABŞ prezidentinin feysbuk və instaqram sosial şəbəkələrindəki hesabları minimum iki həftə dondurulmuş qalacaq.

Son xəbərlər

Orphus sistemi