Donald Trampın sabiq müşaviri həbs olunub

Donald Trampın sabiq müşaviri həbs olunub Rocer Stoun yalan ifadə verməkdə, şahidlərə təzyiq göstərməkdə və ədalətin bərqərar olmasına mane olmaqda ittiham olunur
Digər ölkələr
1579
25 Yanvar , 2019 16:01
Donald Trampın sabiq müşaviri həbs olunub

Bakı. 25 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın sabiq müşaviri, siyasi məsləhətçi Rocer Stoun Florida ştatında həbs olunub.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, o, xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxiləsi barədə apardığı istintaq çərçivəsində saxlanılıb.

İlkin məlumatlara görə, R.Stoun beş halda yalan ifadə verməkdə, eləcə də ədalətin bərqərar olmasına mane olmaqda və şahidlərin ifadələrini dəyişdirməkdə ittiham olunur.

İngilis versiyası Ex-adviser to Trump arrested

Son xəbərlər

Orphus sistemi