Donald Trampın Rusiya casusu olub-olmaması araşdırılır

Donald Trampın Rusiya casusu olub-olmaması araşdırılır Bakı. 12 yanvar. REPORT.AZ/ ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Prezident Donald Trampın Rusiyanın xeyrinə çalışıb-çalışmamasına dair araşdırmaya başlayıb.
Digər ölkələr
12 Yanvar , 2019 18:11
Donald Trampın Rusiya casusu olub-olmaması araşdırılır

Bakı. 12 yanvar. REPORT.AZ/ ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Prezident Donald Trampın Rusiyanın xeyrinə çalışıb-çalışmamasına dair araşdırmaya başlayıb.

“Report” “The New York Times”ə istinadən xəbər verir ki, FTB direktoru Ceyms Kominin istefaya göndərilməsindən az sonra başlayan araşdırmada dövlət başçısının davranışlarının milli təhlükəsizliyə təhlükə yaradıb-yaratmadığını öyrənmək məqsədi qoyulduğu bildirilir.

Ağ Ev sözçüsü Sarah Sandersin bununla bağlı yaydığı açıqlamada sözügedən məlumatlar cəfəngiyyat olaraq dəyərləndirilib: “Rusiya və başqa xarici ölkələrə ABŞ-ı hədələməyə fürsət verən Barak Obamanın əksinə olaraq Prezident Tramp Rusiya məsələsində həqiqətən sərt mövqedədir”.

Son xəbərlər

Orphus sistemi