Bakı. 19 iyul. REPORT.AZ/ Milyarder Donald Trampın elə Respublikaçılar Partiyasından olan və onun ABŞ prezidentliyinə namizəd olmasının qarşısını almaq istəyən rəqiblərinin partiyanın qurultayında səsvermə qaydalarını dəyişməklə bağlı cəhdi uğursuz alınıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, Klivlenddə Respublikaçılar Partiyasının dörd günlük qurultayı başlayıb. Məhz bu qurultayın yekununda Respublikaçılar noyabr ayında keçiriləcək prezident seçkiləri üçün öz namizədini müəyyənləşdirəcək.
Bu, böyük ölçüdə formal prosesdir. Belə ki, D.Tramp əksər ştatlarda partiya üzvlərinin, başqa sözlə, elə qurultay nümayəndələrinin dəstəyini qazanıb.
D.Trampın əleyhdarları da məhz bu geriliyi aradan qaldırmaq üçün Qaydalar Komitəsinə müraciət etmiş, qurultay nümayəndələrinin seçicilərin fikrinə əsasən yox, istədiyi namizədə səs verə bilmək hüququna sahib olmasını istəmişdi.
Əvvəlcə 9 ştatda (tələb olunan miqdar 7 ştatdır - red.) qaydalarda müəyyən dəyişiklik edilməsi barədə məsələ qaldırılıb. Amma sonradan D.Trampın qərargahı 3 ştatı qərarnı dəyişməyə inandıra bilib. Nəticədə məsələ qurultayın gündəmindən çıxarılıb.