Donald Trampın nümayəndələri Davos forumunda iştirak etməyəcək

Donald Trampın nümayəndələri Davos forumunda iştirak etməyəcək 2017-ci ildə forum 17-20 yanvar tarixlərində keçiriləcək
Digər ölkələr
14 Yanvar , 2017 08:19
Donald Trampın nümayəndələri Davos forumunda iştirak etməyəcək

Bakı. 14 yanvar. REPORT.AZ/ ABŞ-ın seçilmiş prezidenti Donald Trampın komanda nümayəndələrindən heç kim yanvarın 17-də Davosda öz işinə başlayacaq Dünya İqtisadi Forumunda iştirak etməyəcək.

"Report" xəbər verir ki, bu barədə Trampın nümayəndəsi Houp Hiksə istinadən "Bloomberg" məlumat yayıb.

"Heç kim iştirak etməyəcək", — deyə o bildirib.

İqtisadi forum hər il İsveçrənin Davos şəhərində keçirilir və bütün dünyanın siyasi və iqtisadi elitasını bir araya toplayır. 2017-ci ildə forum 17-20 yanvar tarixlərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi