Donald Trampın kürəkəninin Rusiyanın ABŞ-dakı səfiri ilə görüşdüyü üzə çıxıb

Donald Trampın kürəkəninin Rusiyanın ABŞ-dakı səfiri ilə görüşdüyü üzə çıxıb Görüş ötən ilin dekabrında Manhettendə “Trump Tower” adlı binada keçirilib
Digər ölkələr
3 Mart , 2017 10:04
Donald Trampın kürəkəninin Rusiyanın ABŞ-dakı səfiri ilə görüşdüyü üzə çıxıb

Bakı. 3 mart. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla görüşdüyü üzə çıxıb.  

“Report” “Dw”a istinadən xəbər verir ki, bunu “The New York Times” qəzeti martın 3-də işıq üzü görən nömrəsində yazıb. 

Qəzetin məlumatına görə, görüş ötən ilin dekabrında Manhettendə “Trump Tower” adlı binada keçirilib və 20 dəqiqə davam edib. Ağ evin təmsilçisi Houp Hiks məsələyə aydınlıq gətirib. O bildirib ki, görüşdə məqsəd Trampla Moskva arasında əlaqə kanalını yaratmaq olub.

Qəzet yazıb ki, Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinn, D.Trampın seçki qərargahının təmsilçiləri Ceffri Qordon və Karter Peyc də görüşüb. Onlar 2016-cı ilin iyulunda ABŞ-ın Klivlend şəhərində İrs Fondunun konfransı çərçivəsində görüşüblər.

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol “Twitter” səhifəsində yazıb ki, S.Kislyak yalnız Respublikaçılar Partiyasının Milli Konqresində iştirak edib: “Demokratlar Partiyasının belə tədbiri olmayıb”.

Son xəbərlər

Orphus sistemi