Donald Trampın koronavirusa görə düşdüyü ziyan açıqlandı

Donald Trampın koronavirusa görə düşdüyü ziyan açıqlandı ABŞ Prezidenti Donald Tramp yeni koronavirusla bir ay ərzindəki mübarizədə 1 milyard ABŞ dolları məbləğində ziyana uğrayıb.
Digər ölkələr
693
7 Aprel , 2020 14:23
Donald Trampın koronavirusa görə düşdüyü ziyan açıqlandı
0 : 00
0 : 00

ABŞ Prezidenti Donald Tramp yeni koronavirusla bir ay ərzindəki mübarizədə 1 milyard ABŞ dolları məbləğində ziyana uğrayıb.

“Report” “Forbes”ə istinadən xəbər verir ki, ABŞ liderinə məxsus aktivlərin xalis dəyəri bir ay bundan əvvəl 3,1 milyard dollar həcmində idisə, hazırda cəmi 2,1 milyard ABŞ dollarıdır.

Belə ki, ekspertlərin apardığı hesablamalara görə, D.Trampa məxsus olan şirkətlərin çalışdığı seqmentlərdə səhmlər orta hesabla 37 faiz ucuzlaşıb.

D.Trampın varidatı ticarət, ofis və yaşayış sahələrindən, mehmanxana biznesindən, qolf klublarından, təmtəraqlı imarətlər və sairədən ibarətdir.

Son xəbərlər

Orphus sistemi