Donald Trampın dostu koronavirusdan öldü

Donald Trampın dostu koronavirusdan öldü ABŞ-ın Nyu-York şəhərinin iri “Crown Acquisitions” daşınmaz əmlak şirkətinin təsisçilərindən olan və Respublikaçılar Partiyasına ianələrilə tanınan iş adamı, həm də prezident Donald Trampın dostu, 78 yaşlı Stanli Çera koronavirusdan dünyasını dəyişib.
Digər ölkələr
646
13 Aprel , 2020 17:14
Donald Trampın dostu koronavirusdan öldü

ABŞ-ın Nyu-York şəhərinin iri “Crown Acquisitions” daşınmaz əmlak şirkətinin təsisçilərindən olan və Respublikaçılar Partiyasına ianələrilə tanınan iş adamı, həm də prezident Donald Trampın dostu, 78 yaşlı Stanli Çera koronavirusdan dünyasını dəyişib.

“Report” CNN-ə istinadən xəbər verir ki, Federal Seçki Komissiyasının məlumatına görə, mərhum S.Çera 2016-2019-cu illər ərzində Donald Trampın prezidentliyini dəstəkləmək üçün yaradılmış “President İnc” və “Trump Victory” təşkilatlarına 402 800 ABŞ dolları məbləğində ianə edib.

Həmçinin “Crown Acquisitions” hələ 2008-ci ildə Trampın kürəkəni, hazırda Ağ Evin baş müşaviri olan Cared Kuşnerə məxsus “The Kushner Companies” şirkətinə məxsus olan Nyu-Yorkdakı bir göydələnin bir hissəsini almışdı.

Prezident Tramp 2019-cu ilin Qrand Rapids (Miçiçqan) seçki yarışı zamanı S.Çera haqqında “dünyanın ən böyük inşaatçılarından və əmlakçılarından biri”, həmçinin “gözəl oğlandır, lap əvvəldən mənim yanımda olub” ifadələrini işlədib.

Yerli KİV-ə görə martın 24-dən koronavirusa yoluxduğuna görə xəstəxanaya yerləşdiriləndən sonra D.Tramp dostunun koronavirusla mübarizə apararaq komaya düşdüyünü bildirib. Ağ Evin rəhbəri S.Çeranı çox fərqli insan kimi səciyyələndirib.

Qeyd edək ki, son vaxtlar D.Tramp koronavirusa qarşı çox ləng tədbir görməsi ilə bağlı müxalifətdəki Demokratlar Partiyası tərəfindən tənqidlərə məruz qalır.

Son xəbərlər

Orphus sistemi