Donald Trampın addımlarının bəyənilməsi reytinqi rekord səviyyədə aşağı düşüb

Donald Trampın addımlarının bəyənilməsi reytinqi rekord səviyyədə aşağı düşüb Respondentlərin 56%-i prezidentin işindən narazılığını bildirib
Digər ölkələr
20 May , 2017 09:43
Donald Trampın addımlarının bəyənilməsi reytinqi rekord səviyyədə aşağı düşüb

Bakı. 20 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın amerikalılar arasında bəyənilməsi reytinqi andiçmə günündən bəri ən aşağı səviyyəyə düşüb.

"Report" xəbər verir ki, bunu "Ipsos" sosioloji xidməti və "Reuters" agentliyi tərəfindən keçirilən sorğunun nəticələri göstərir.

Mayın 14-dən 18-dək keçirilən sorğu amerikalıların 38%-nin Trampın işlərini dəstəklədiyini, əvəzində respondentlərin 56%-nin prezidentin işindən narazı olduğunu göstərib. Rəyi soruşulanların 6%-i isə cavab verməkdə çətinlik çəkib.

Sosioloqların məlumatına görə, özlərini demokrat adlandıran respondentlərin cəmi 14%-i Trampa dəstək nümayiş etdirsə, özlərini respublikaçı kimi təqdim edənlərin 77%-i prezidenti dəstəkləyib.

Son xəbərlər

Orphus sistemi