Donald Trampı Vyetnamda 200-dən çox məxfi əməkdaş qoruyacaq

Donald Trampı Vyetnamda 200-dən çox məxfi əməkdaş qoruyacaq Bakı. 23 fevral. REPORT.AZ/ Gələn həftə Vyetnamın paytaxtı Hanoy şəhərində ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında görüş keçiriləcək.
Digər ölkələr
23 Fevral , 2019 14:18
Donald Trampı Vyetnamda 200-dən çox məxfi əməkdaş qoruyacaq

Bakı. 23 fevral. REPORT.AZ/ Gələn həftə Vyetnamın paytaxtı Hanoy şəhərində ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında görüş keçiriləcək. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, görüşdə D.Trampın təhlükəsizliyini ABŞ Məxfi Xidmətinin 200-dən artıq əməkdaşı qoruyacaq.

Həmin məxfi əməkdaşlar Yaponiyadakı hərbi bazadan 4 təyyarə ilə Hanoya daşınacaq.

Bundan əvvəl ABŞ Prezidentinin Vyetnam paytaxtında “Cadillac One” zirehli limuzinində hərəkət edəcəyi bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi