Donald Trampa Valloniyanı 1 avroya almağı təklif ediblər

Donald Trampa Valloniyanı 1 avroya almağı təklif ediblər Belçikada fəaliyyət göstərən radikal Yeni Flandriya Alyansı (N-VA – Nieuw Vlaamse Alliantie) ABŞ prezidenti Donald Trampa ölkənin cənubundakı fransızdilli Valloniya regionunu 1 avroya satın almağı təklif edib.
Digər ölkələr
22 Avqust , 2019 17:49
Donald Trampa Valloniyanı 1 avroya almağı təklif ediblər

Belçikada fəaliyyət göstərən radikal Yeni Flandriya Alyansı (N-VA – Nieuw Vlaamse Alliantie) ABŞ prezidenti Donald Trampa ölkənin cənubundakı fransızdilli Valloniya regionunu 1 avroya satın almağı təklif edib.

“Report” xəbər verir ki, belə bir elan həmin təşkilatın gənclər qolu “Jong N-VA” “Twitter” səhifəsində paylaşılıb: “Əziz prezident Donald Tramp. Bir avrodan keçin, Valloniya sizindir. Bizə zəng vurun” – məzmunlu elandan aşağıda Valloniyanın Dürbi şəhəri fonunda Nyu Yorkda Trampa məxsus “Trump Tower”i təsvir edən kollaj yerləşdirilib.

Xatırladaq ki, bu günlərdə Donald Tramp Danimarkaya bağlı muxtariyyat olan dünyanın ən böyük adası Qrenlandiyanı satın almaq fikrini ortaya atmış, bu təklif də istər Danimarkada, istərsə də Qrenlandiyada geniş mənfi əks-səda doğurmuşdu.

Qeyd edək ki, N-VA Belçikanın daha zəngin və firavan niderlanddilli Flandriya regionuna ən geniş muxtariyyat verilməsi, yəni nisbətən kasıb Valloniyadan ayrılması, gələcəkdə bəlkə də ayrıca müstəqil dövlətə çevrilməsi barədə geniş təbliğat aparır.

Son xəbərlər

Orphus sistemi