Yuxarı
    Bağlamaq

    Donald Trampa “Twitter” səhifəsindən istifadə etmək qadağan olunub

    Prezidentliyə namizədin səhifəsinin 13 milyon izləyicisi var

    Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampa “Twitter” səhifəsindən istifadə etmək qadağan olunub. 

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı qərarı prezidentliyə namizədin müşavirləri qəbul edib. 

    Məlumata görə, artıq D.Tramp öz səhifəsinə nəzarət etmir. Müşavirləri bütün məlumatları hazırlayıb, mətbuata göndərirlər. Prezidentliyə namizədin səhifəsinin 13 milyon izləyicisi var.

    Xəbərdə bildirilib ki, D.Tramp “Twitter” səhifəsindən öz siyasi rəqibinə qarşı qarayaxma kampaniyası üçün istifadə edirmiş. Onun səhifəsindən istifadə etməkdən uzaqlaşdırılmasının başlıca səbəbi bu göstərilib.

    Xatırladaq ki, noyabrın 8-də ABŞ-da prezident seçkisidir. Donald Trampın əsas rəqibi Demokratlar Partiyasının namizədi, keçmiş dövlət katibi Hillari Klintondur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi