Donald Tramp vəzifəyə gəldikdən sonra Barak Obamanın fərmanlarının 70%-ni ləğv etmək niyyətindədir

Donald Tramp vəzifəyə gəldikdən sonra Barak Obamanın fərmanlarının 70%-ni ləğv etmək niyyətindədir Nyut Qinqriç: "Bunun üçün səviyyəli vəkillər komandasının işi tələb olunur"
Digər ölkələr
26 Dekabr , 2016 09:50
Donald Tramp vəzifəyə gəldikdən sonra Barak Obamanın fərmanlarının 70%-ni ləğv etmək niyyətindədir

Bakı. 26 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra hazırkı dövlət başçısı Barak Obamanın qərarı ilə qüvvəyə minən fərmanların təxminən 70%-ni ləğv etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə D.Trampın keçid komanda üzvü, Konqresin Nümayəndələr Palatasının keçmiş sədri Nyut Qinqriç "Fox News"a müsahibəsində bildirib.

Respublikaçı qeyd edib ki, bunun üçün səviyyəli vəkillər komandasının işi tələb olunur.

N.Qinqriç B.Obamanın siyasətini tənqid edib. O, hazırkı prezidentin təşəbbüsü olan səhiyyə sahəsindəki islahatları xüsusi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi