KİV: Donald Tramp vəzifə borcuna səhlənkar yanaşır

KİV: Donald Tramp vəzifə borcuna səhlənkar yanaşır ABŞ prezidenti Donald Tramp bütövlüklə 3 noyabr seçkilərinin nəticələrini ləğv etdirməyə başı qarışdığından birbaşa vəzifə səlahiyətlərinə səhlənkarlıq göstərməyə başlayıb.
Digər ölkələr
13 Noyabr , 2020 15:14
KİV: Donald Tramp vəzifə borcuna səhlənkar yanaşır
Donald Tramp
0 : 00
0 : 00

ABŞ prezidenti Donald Tramp bütövlüklə 3 noyabr seçkilərinin nəticələrini ləğv etdirməyə başı qarışdığından birbaşa vəzifə səlahiyyətlərinə səhlənkarlıq göstərməyə başlayıb.

“Report” “The Washington Post”a istinadən xəbər verir ki, koronavirusun səbəb olduğu böhran şəraitində belə ölkə başçısı yalnız öz siyasi məsələlərilə məşğul olur, nə özü, nə də köməkçiləri jurnalistlərə məlumat verirlər, ölkədə və xaricdə baş verənlərə də şərh vermirlər.

Seçkilərdə Co Baydenin qələbə çaldığı açıqlanandan bu yana D.Tramp cəmi iki dəfə jurnalistlərlə görüşüb, hər dəfə də seçki saxtakarlığından danışıb. 11 noyabr Veteranlar Günü münasibətilə Arlinqton qəbiristanlığında Naməlum Əsgər abidəsini ziyarət edən prezident seçkilərdən sonra ictimaiyyətə ilk və son dəfə göründü.

Lakin Ağ Evin mətbuat katibinin müavini Cadd Der verdiyi açıqlamada prezidentin ölkə idarəçiliyindən əl çəkməsinə dair hər cür ehtimalların düzgün olmadığını, dürüst və ədalətli seçki uğrunda mübarizəsini vəzifə borcu ilə birləşdirdiyini vurğulayıb.

Xatırladaq ki, seçkilərdə Demokrat Partiyasının namizədi Co Bayden qələbə çaldığını açıqlasa da, hazırkı prezident D.Tramp bununla razılaşmayaraq səslərin hesablanması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi