Donald Tramp və Antonui Quttereş BMT-dəki islahatları müzakirə edəcək

Donald Tramp və Antonui Quttereş BMT-dəki islahatları müzakirə edəcək ABŞ prezidenti və BMT-nin baş katibi Vaşinqtonda görüşəcəklər
Digər ölkələr
19 Oktyabr , 2017 22:58
Donald Tramp və Antonui Quttereş BMT-dəki islahatları müzakirə edəcək
"AP"

Bakı. 19 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp və BMT-nin baş katibi Antoniu Quttereş oktyabrın 20-də Vaşinqtonda görüşəcəklər.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" xəbər verib.

BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Dyujarrik görüşün Ağ Evdə baş tutacağını bildirib. O, qeyd edib ki, beynəlxalq təşkilatın baş katibi cümə günü Vaşinqtona gedəcək.

Antoniu Quttereş həmçinin Küveyt-ABŞ Fondu tərəfindən təşkil olunan şam ziyafətində də iştirak edəcək.

Stefan Dyujarrik əlavə edib ki, tərəflər şübhəsiz ki, BMT-dəki islahatları müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi