​Donald Tramp Vaşinqtonda keçirilən ilkin seçkilərdə qalib gəlib

​Donald Tramp Vaşinqtonda keçirilən ilkin seçkilərdə qalib gəlib Bülletenlərin 68%-i hesablanıb və onların 76,2%-i Trampa verilib
Digər ölkələr
25 May , 2016 08:12
​Donald Tramp Vaşinqtonda keçirilən ilkin seçkilərdə qalib gəlib

Bakı. 25 may. REPORT.AZ/ Respublikaçı Donald Tramp ABŞ-ın Vaşinqton ştatında keçirilən ilkin seçkilərdə gözlənilən qələbə qazanıb.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı CNN telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hazırda bülletenlərin 68%-i hesablanıb və onların 76,2%-i Trampa verilib. Onun seçkiqabağı proseslərdə iştiraklarını dayandıran, lakin adları hələ də bülletenlərdə qalan rəqibləri Ted Kruz və Con Keysikə seçicilərin müvafiq olaraq 10,1% və 9,9%-i səs verib.

Son xəbərlər

Orphus sistemi