Donald Tramp Şimali Koreya liderinə şifahi mesaj göndərib

Donald Tramp Şimali Koreya liderinə şifahi mesaj göndərib KXDR Mərkəzi Televiziyası: ABŞ prezidentinin yeni təklifi var
Digər ölkələr
10 May , 2018 11:56
Donald Tramp Şimali Koreya liderinə şifahi mesaj göndərib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp / REUTERS/ Kevin Lamarque
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp dövlət katibi Maykl Pompeo vasitəsilə Kim Çen İnə şifahi mesaj göndərib və yeni təklif irəli sürüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə KXDR Mərkəzi Televiziyası məlumat yayıb.

"Yoldaş ali lider Prezident Trampın şifahi mesajını dinləyib, təşəkkürünü bildirib və prezidentin yeni təklifinin olmasını, onun dialoq yolu ilə problemlərin həllində maraqlı olmasını, Koreya-ABŞ sammiti ilə bağlı fəal mövqe tutmasını yüksək qiymətləndirib", - Şimali Koreyanın mərkəzi televiziyasının məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi