Donald Tramp: "Səudiyyə Ərəbistanı Yəməndə silahdan yanlış istifadə edir"

Donald Tramp: "Səudiyyə Ərəbistanı Yəməndə silahdan yanlış istifadə edir" Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bu ilin avqustunda Səudiyyə Ərəbistanının başçıqlıq etdiyi koalisiya tərəfindən Yəməndə uşaqlarla dolu avtobusun atəşə tutulmasını kəskin şəkildə şərh edərək, baş vermiş hadisəni faciə adlandırıb.
Digər ölkələr
5 Noyabr , 2018 07:25
Donald Tramp: Səudiyyə Ərəbistanı Yəməndə silahdan yanlış istifadə edir

Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bu ilin avqustunda Səudiyyə Ərəbistanının başçıqlıq etdiyi koalisiya tərəfindən Yəməndə uşaqlarla dolu avtobusun atəşə tutulmasını kəskin şəkildə şərh edərək, baş vermiş hadisəni faciə adlandırıb.

"Report"un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri "Axios" portalına müsahibəsində bildirib. 

"Uşaqlarla dolu avtobusla bağlı baş verən hadisə dəhşətlidir... Səudiyyə Ərəbistanının əsgərləri sadəcə silahdan necə istifadə etməyi bilmirlər. Mən uşaqlarla dolu avtobusu atəşə tutaraq silahdan istifadə etməyi bacarmayan insanları orduda saxlamazdım ", - deyə Tramp qeyd edib.

Xatırladaq ki, avqustda Yəməndə avtobusa endirilmiş hava zərbəsi nəticəsində 51 insan həlak olub. Onlardan 41-i uşaq idi. 

Son xəbərlər

Orphus sistemi