Donald Tramp Senatı Cina Hespeli MKİ direktoru vəzifəsinə təsdiqləməyə çağırıb

Donald Tramp Senatı Cina Hespeli MKİ direktoru vəzifəsinə təsdiqləməyə çağırıb Bakı. 7 may. REPORT.AZ/ “Terrorçulara qarşı sərt mövqeyinə görə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə namizəd, çox hörmətli Cina Hespel tənqid hədəfi olub”.
Digər ölkələr
7 May , 2018 17:40
Donald Tramp Senatı Cina Hespeli MKİ direktoru vəzifəsinə təsdiqləməyə çağırıb
ABŞ prezidenti Donald Tramp / Reuters

Bakı. 7 may. REPORT.AZ/ “Terrorçulara qarşı sərt mövqeyinə görə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə namizəd, çox hörmətli Cina Hespel tənqid hədəfi olub”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

O hesab edir ki, hazırda dünyada çox təhlükəli vəziyyət yaranıb: “Yaxşı fikirləşin. Çox təhlükəli dövrdür. Bizim çox layiqli namizədimiz var. Terrorçuluğa qarşı sərt olduğu üçün demokratlar (Demokrat Partiyasını nəzərdə tutur – “Report”) onun namizədliyini ləğv etmək istəyirlər”.

D.Tramp Cina Hespelə namizədliyinin Senatda təsdiqinə uğurlar arzulayıb.

Qeyd edək ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Maykl Pompeo dövlət katibi təyin olunub. D.Tramp direktor vəzifəsinə Cina Hespelin namizədliyini irəli sürüb. O, 30 ildən çoxdur kəşfiyyat sahəsində çalışır. 

Son xəbərlər

Orphus sistemi