Bakı. 8 iyun. REPORT.AZ/ “Rusiyanın yenidən G8-ə (Böyük səkkizlik” - “Report”) qəbul etmək lazımdır”.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
“Reuters”in məlumatına görə, Donald Tramp Rusiyanın G7-nin toplantısında iştirak etməsini istəyib.
Qeyd edək ki, iyunun 8-9-da Kanadada G7-nin zirvə toplantısı keçirilir.