Donald Tramp rusiyalı həmkarı ilə vaxtı gələndə görüşəcəyini deyib

Donald Tramp rusiyalı həmkarı ilə vaxtı gələndə görüşəcəyini deyib Bakı. 1 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlərinin olduğunu və iki ölkə başçısı arasında görüşün reallaşacağına əminliyini bildirib.
Digər ölkələr
1 Dekabr , 2018 08:55
Donald Tramp rusiyalı həmkarı ilə vaxtı gələndə görüşəcəyini deyib

Bakı. 1 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlərinin olduğunu və iki ölkə başçısı arasında görüşün reallaşacağına əminliyini bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o bu barədə cümə günü "Amerikanın səsi" radiosuna müsahibəsində danışıb.

"Onunla [Putinlə] görüşəcəyəm. Düşünürəm ki, bizim çox yaxşı əlaqələrimiz var. Fikrimcə Rusiya, Çin və digər ölkələrlə çox yaxşı münasibətlərimiz olacaq", - deyə Tramp Rusiya lideri ilə görüş barədə suala cavab verərkən bildirib.

"Düzünü desəm, Ukraynada gəmi və dənizçilərlə bağlı baş verən hadisələr fonunda görüşmək sadəcə uyğun deyil. Mən onunla (Putinlə) vaxtı gələndə görüşəcəyəm", - deyə Tramp qeyd edib.

Bundan əlavə, ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putin ilə Argentinada planlaşdırılan görüşü tamamilə Kerç boğazındakı hadisəyə görə ləğv etdiyini təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi