Bakı. 11 yanvar. REPORT.AZ/ "Rusiya heç vaxt mənə qarşı təzyiq vasitələrindən istifadəyə cəhd etməyib".
"Report" xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp mətbuatda Rusiyada ona qarşı kompromat olması barədə yayılan məlumatları şərh edərkən deyib.
"Rusiya ilə heç bir əlaqəm yoxdur - nə anlaşma var, nə də kredit götürmüşəm" - D.Tramp bildirib.
Qeyd edək ki, xarici KİV Rusiyanın əlində ABŞ-ın yeni prezidenti Donald Trampa qarşı kompromat olduğunu yazır. Bu barədə məlumat ABŞ-ın Milli Kəşfiyyat İdarəsi tərəfindən təqdim edilib və hətta Rusiyanın ölkədəki prezident seçkilərinin nəticələrinə təsir göstərdiyi iddia edilib.
Rəsmi Kreml bu cür məlumatların cəfəngiyat olduğunu bildirib.