Donald Tramp: “Rusiya, hazır ol, raketlər gəlir”

Donald Tramp: “Rusiya, hazır ol, raketlər gəlir” Bakı. 11 aprel. REPORT.AZ/ “Rusiya, hazır ol, raketlər gəlir”.
Digər ölkələr
3135
11 Aprel , 2018 15:08
Donald Tramp: “Rusiya, hazır ol, raketlər gəlir”

Bakı. 11 aprel. REPORT.AZ/ “Rusiya, hazır ol, raketlər gəlir”.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“Rusiya Suriyaya atacağımız raketləri vuracaqmış”, -deyə o bildirib.

D.Tramp Rusiyaya çağırış da edib: "Rusiya insanları kimyəvi silah tətbiq edərək öldürən, bundan zövq alan vəhşi ilə (Bəşşar Əsəd rejimini nəzərdə tutur- "Report") əməkdaşlıq etməməlidir".

Qeyd edək ki, bu gün Rusiyanın Livandakı səfiri Aleksandr Zaspikin ABŞ-ın Suriyaya atacağı istənilən raketin vurulacağını bildirib. 

Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.

ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib.

Son xəbərlər

Orphus sistemi