Yuxarı

Donald Tramp Respublikaçıların qurultayından sonra populyarlıqda Hillari Klintonu qabaqlayır

Sorğunun nəticələrinə görə, Tramp Klintonu 3% üstələyir

Bakı. 25 iyul. REPORT.AZ/ Respublikaçılar Partiyasının qurultayından sonra partiyadan ABŞ prezidentliyinə namizəd olan Donald Tramp Demokratlar Partiyasından rəqibi olacaq Hillari Klintonu populyarlıqda qabaqlayıb.

"Report" xəbər verir ki, bunu CNN və "ORC International" şirkətlərinin keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğunun nəticələrinə görə, Tramp Klintonu 3% üstələyir. Belə ki, rəyi soruşulanların 48%-i D.Trampı, 45%-i isə H.Klintonu dəstəklədiyini bildirib.

Əldə olunan məlumatlardan aydın olur ki, D.Tramp heç bir partiyaya üstünlük verməyənlərdən daha çox səs toplayıb (28%-ə qarşı 46%).

Qeyd edək ki, Respublikaçılar Partiyasının qurultayı iyulun 18-dən 21-dək Klivlenddə (Ohayo ştatı) keçirilib. Demokratlar Partiyasının qurultayı isə hələ bu gün Filadelfiyada (Pensilvaniya ştatı) başlayıb və iyulun 28-dək davam edəcək.

ABŞ-da prezident seçkiləri isə bu ili noyabrın 7-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi