Bakı. 2 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Reks Tillersonu dövlət katibi vəzifəsinin icrasına rəsmən başlaması münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.
"Reks Tillersonu dövlət katibi kimi andiçmə mərasimi keçirdiyinə görə təbrik edirəm. O, ulduz olacaq!" - D.Tramp yazıb.