Donald Tramp: "Qanunsuz yolla ölkəyə heç kimi buraxmayacağıq"

Donald Tramp: "Qanunsuz yolla ölkəyə heç kimi buraxmayacağıq" Bakı. 3 dekabr. REPORT.AZ/ Əgər Demokratlar Partiyasından olan senatorlar da Konqresdə Meksika sərhədində qanunsuz miqrantların qarşısını almaq üçün divar inşasını dəstəkləsəydi, Birləşmiş Ştatlar milyardlarla dollar qənaət edə bilərdi.
Digər ölkələr
3 Dekabr , 2018 21:00
Donald Tramp: Qanunsuz yolla ölkəyə heç kimi buraxmayacağıq

Bakı. 3 dekabr. REPORT.AZ/ "Əgər Demokratlar Partiyasından olan senatorlar da Konqresdə Meksika sərhədində qanunsuz miqrantların qarşısını almaq üçün divar inşasını dəstəkləsəydi, Birləşmiş Ştatlar milyardlarla dollar qənaət edə bilərdi".

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Twitter”dəki səhifəsində yazıb.

“Necə olursa-olsun, qanunsuz yolla ölkəyə heç kimi buraxmayacağıq! Lazım gəlsə, cənub sərhədini bağlayarıq. Narkotikləri də gətirməyə son qoyun!”, - dövlət başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi